Ölkəmizdə fiziki və hüquqi şəxslərin maliyyə dayanıqlılığına dəstək göstərmək məqsədilə müxtəlif kredit məhsulları təklif olunur. Borcalanların borc pul vəsaitlərini əldə etmək məqsədindən asılı olaraq geniş çeşiddə kredit növləri mövcuddur. Bankların və ya kredit təşkilatlarının kredit məhsulları arasında mikrokredit anlayışına tez-tez rast gəlmək olar. Digər kredit məhsulları ilə müqayisədə mikro kredit məhsulunu əldə etmək daha asan və sürətli hesab olunur. Hər şeydən öncə “Mikrokredit nədir?” sualına cavab taparaq bu kredit növünün üstünlüklərini və risklərini dəyərləndirmək vacibdir.

Mikro kredit nedir?

Mikrokredit qısamüddətli və aşağı məbləğlərdə təklif olunan kredit məhsuludur. Sözügedən kredit məhsulu gəlir səviyyəsi aşağı olan şəxslərin, kiçik sahibkarların və sahibkarlıq subyektlərinin borc pul vəsaitlərini əldə etmək imkanlarını asanlaşdırmağa xidmət edir. Mikrokredit sifariş etmək imkanı aztəminatlı şəxslərə və ya sahibkarlara öz bizneslərini qurmaq, böyütmək və ya sadəcə maddi çətinliklərin öhdəsindən gəlmək imkanı yaradır. Ölkəmizdə mikro kredit online formada və maliyyə təşkilatlarının ofisinə yaxınlaşaraq ənənəvi müraciət əsasında əldə oluna bilər. 

Mikro biznes krediti nədir?

Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və ya şirkətlər maliyyə vəziyyətini yaxşılaşdırmaq, biznes fəaliyyətini gücləndirmək, həmçinin digər biznes hədəflərinə çatmaq üçün mikro biznes krediti məhsulundan yararlana bilər. Mikro sahibkar kreditləri adətən kiçik məbləğlərdə və qısa müddətlər üçün təklif olunur. Mikro biznes kreditləri təchizat və avadanlıqlar almaq, işçilərə maaş vermək və digər bütün xərcləri ödəmək kimi zəruri ehtiyacların qarşılanması üçün əldə oluna bilər.

Mikro kredit almaq prosesi necə həyata keçirilir?

Mikrokredit almaq üçün borcalanlar ilkin mərhələdə ehtiyac olan məbləği və müvafiq məbləği hansı istiqamətlərdə xərcləmək məqsədlərini müəyyənləşdirir. Bu gələcək riskləri dəyərləndirmək və planlaşdırmaq üçün vacibdir. Növbəti mərhələdə bankdan mikrokredit götürmək, BOKT-dan mikrokredit götürmək və ya ümumilikdə digər kredit təşkilatlarından mikro kredit almaq imkanlarını araşdırmaq tövsiyə olunur. Çünki müxtəlif maliyyə şirkətləri fərqli mikrokredit şərtləri təqdim edir. Bu baxımdan borcalanın öz büdcəsinə, məqsədlərinə və onun üçün sərfəli olan şərtlərə uyğun mikrokredit təklifini dəyərləndirməsi faydalı olacaqdır. Bundan sonra, borcalan seçim etdiyi banka və ya kredit təşkilatına mikrokredit əldə etmək üçün müraciət edir.

Mikro kredit kalkulyatoru nədir?

Mikrokredit əldə etmək istəyən borcalanlar üçün bəzən müvafiq kreditlə bağlı gələcək ödənişləri hesablamaq çətin olur. Bu zaman mikrokredit kalkulyatoru köməyə çatır. Sözügedən alət borcalana gələcək maliyyə xərclərini proqnozlaşdırmağa kömək edir. Bankların və kredit təşkilatlarının veb saytlarında online mikrokredit kalkulyatoru və ya online mikro biznes krediti kalkulyatoru mövcuddur. Bu kredit kalkulyatorları vasitəsilə borcalanlar əldə etmək istədikləri kredit məbləğini, faiz dərəcəsini və kredit müddətini seçə bilir. Seçimlərə uyğun mikrokreditin ümumi məbləği və aylıq ödənişləri borcalana təqdim olunur. Bu, borcalan şəxslərin və sahibkarların mikrokredit sifariş etmək ilə bağlı qərar vermək prosesini asanlaşdırır.

Mikrokreditin üstünlükləri nədir?

Mikrokreditlər aztəminatlı şəxslərin və ya kiçik sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq üçün sütun rolunu oynayır. Müəyyən müddətə qədər xərcləri idarə etmək, yeni məhsul və xidmət almaq, daha böyük hədəflərə çatmaq və biznesləri böyütmək üçün ideal kredit məhsullarındandır. Xüsusilə daha az sənəd tələbi ilə, asan və sürətli şəkildə, həmçinin sadələşdirilmiş şərtlərlə kreditə pul götürmək imkanı yaradır. Borcverən şirkətdən asılı olaraq girov və ya təminat növlərinin siyahısı da genişdir. Buraya daşınmaz əmlak, daşınar əmlak, şəxsi əmlak, depozitlər, üçüncü şəxslərin zəmanəti, qiymətli metallar və zərgərlik əşyaları və s. aid ola bilər. 

Online mikro kredit müraciəti necə həyata keçirilir?

Mikro kredit online formada və ənənəvi şəkildə müraciət əsasında əldə oluna bilər. Borcalanlar adətən bankların və ya kredit təşkilatlarının veb saytlarında online mikro kredit sifarişi edərək maliyyə təşkilatlarından ətraflı məlumat almağa üstünlük verir. Bu, borcverənə öz şərtlərini təqdim etməsi, borcalana isə bu şərtləri qiymətləndirməsi üçün vaxt itkisinin qarşısını alır. Növbəti mərhələdə borcverən şirkət müştəri tərəfindən təqdim edilən məlumatlar əsasında onun müraciətini qiymətləndirir. Nəticə müsbət olduğu halda borcalan mikrokreditlə borc pul vəsaitlərini əldə etmək üçün zəruri sənədləri borcverənə təqdim edir. Online mikrokredit sifarişi etmək xərclərinizi vaxt itirmədən bir addımda idarə etməkdir. Mikrokredit fürsətlərini dəyərləndirin və hər yeni günə işlərinizi böyütməklə başlayın!

Online mikro kredit müraciəti necə həyata keçirilir?

Mikro kredit online formada və ənənəvi şəkildə müraciət əsasında əldə oluna bilər. Borcalanlar adətən bankların və ya kredit təşkilatlarının veb saytlarında online mikro kredit sifarişi edərək maliyyə təşkilatlarından ətraflı məlumat almağa üstünlük verir. Bu, borcverənə öz şərtlərini təqdim etməsi, borcalana isə bu şərtləri qiymətləndirməsi üçün vaxt itkisinin qarşısını alır. Növbəti mərhələdə borcverən şirkət müştəri tərəfindən təqdim edilən məlumatlar əsasında onun müraciətini qiymətləndirir. Nəticə müsbət olduğu halda borcalandan mikrokreditlə borc pul vəsaitlərini əldə etməsi üçün zəruri sənədləri təqdim etməsi tələb olunur.